Səmadan evin üzərinə düşən və damı deşən obyektin mənşəyi bəlli oldu – FOTO

ABŞ-ın Florida ştatında bir evin üzərinə düşən və damını deşən obyekt Beynəlxalq Kosmik Stansiyadan (BKS) xaric edilmiş tullantı imiş.

Bu barədə NASA-nın saytında məlumat verilib.

Qeyd olunub ki, evin damı 2021-ci ilin mart ayında stansiyadan atılan nikel-metal hibrid batareya bloku ilə deşilib. Mütəxəssislərin hesablamalarına görə, istismar müddəti bitən və ümumi çəkisi təxminən 2,6 ton olan batareyalar atmosferdə tamamilə yanmalı idi. Lakin nəsə səhv gedib – qalıqlar üç il orbitdə dövrə vurub, sonra da yarımçıq yanıb.

“Obyektin 2024-cü il martın 8-də Yer atmosferinə yenidən daxil olarkən tamamilə yanması gözlənilirdi. Bununla belə, avadanlığın bir hissəsi davam gətirib və Neapol şəhərindəki evə çırpılıb”, – deyə NASA izah edib. Düşmüş metal parçasının çəkisi təxminən 700 qram olub.

Qalığın atmosferə daxil olarkən məhv olmamasının səbəbini müəyyən etmək üçün ətraflı araşdırma aparılacaq.

Related posts

Rusiyada yarış avtomobili tamaşaçılara çırpıldı – VİDEO

“Qalatasaray” rəsmiləri “Fənərbağça”nın bayrağını almağa çalışdılar, döyüldülər – VİDEO

Moskvada teatr binasında həyəcanlı anlar: Tamaşaçılar təxliyə edildilər – FOTO