Şəkidə avtomobil aşdı- Sürücü özünü maşından atmaq istəyərkən öldü – FOTO

Şəki şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, Şəki sakini Mahir Zakir oğlu Hacırəhimovun idarə etdiyi “Zil” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Bu zaman özünü yük avtomobilindən atmaq istəyən sürücü ağır xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aparılan bütün müdaxilələrə baxmayaraq M. Hacırəhimov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO