Şəhidlər Xiyabanının yaxınlığında gecə klubu açıldı – ƏHALİ ETİRAZA QALXDI (Video izlə)

Bakının Keşlə qəsəbəsində şəhidlərin dəfn olunduğu məkan və kənd məscidi önündə açılmış gecə klubu insanların hiddətinə səbəb olub.

Sosial media üzərindən yayımlanan videoda əraziyə toplanan insanlar əyləncə məkanı olan gecə klubunun şəhidlərin dəfn olunduğu məkanla qarşı-qarşıya açılmasını şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirib.

Onlar həmçinin məscidin də yer aldığı ərazidə gecə klubuna açıq-saçıq geyimli qadınların, spirtli içkilər qəbul edən müştərilərin gəlişini müqəddəs dəyərlərə qarşı hörmətsizlik sayıblar.

Hiddətlənmiş sakinlər əlaqədar təşilatlardan bu biyabırçı vəziyyətə son qoyulmasını tələb edib.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO