Şəhid Süleymaninin terror edildiyi saatda sionist rejimə kiberhücum olundu

QafqazTimes xəbər verir ki, sionist rejimin hökumət və xəbər saytları dünən səhər (çərşənbə) geniş yayılmış kiberhücumların hədəfinə çevrilib.

İbranidilli mənbələr bildirirlər ki, kiberhücum nəticəsində sionist rejimin 9-cu kanalı və İsrailin “Kan” kanalı əlçatmaz hala düşüb.

Sionist mediası hücumun dəqiq vaxtının (saat 01:20-yə) Şəhid Hacı Qasim Süleymani və Şəhid Əbu Mehdi əl-Mühəndisin terror edildiyi saata təsadüf etdiyini bildirib.

Bəzi İsrail xəbər mənbələri hücumun mənbəyinin İraq olduğunu bildiriblər.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)