Azərbaycanda intihara cəhd: Polislə 16 yaşlı qız son anda xilas oldular – FOTO

Bu gün günorta saatlarında Balakən rayon sakini, 16 yaşlı qız intihara cəhd edib.

Yeniyetmə qız Balakən şəhəri, N.Nərimanov küçəsində yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar etmək istəyib.

Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər və onunla psixoloji söhbətlər aparılıb. Buna baxmayaraq, qız fikrindən daşınmayıb və intihara cəhd edib.

Hadisə şahidlərinin bildirdiyinə görə, yeniyetmə özünü binadan atan zaman onu saxlayan polis əməkdaşının da həyatı üçün təhlükə yaranıb. Ancaq orada olan digər polislərin köməyi ilə onların hər ikisi xilas edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO