Şəhərdə gəzərək qarşısına çıxanları güllələdi və cinayətini canlı yayımladı (Video izlə)

19 yaşlı şəxs 19 saat şəhəri gəzərək yoldan keçənlərə atəş açıb. Nəticədə müxtəlif yerlərdə azı dörd nəfər ölüb, üç nəfər yaralanıb. Hadisə ABŞ-ın Tennessi ştatının Memfis şəhərində baş verib. Hadisəni törədən cinayətkar afroamerikalı Ezekiel D.Kelli olub.

Bu barədə yerli hüquq-mühafizə orqanlarından xəbər verilib.

Cinayətlərdən azı biri qatil tərəfindən sosial şəbəkələrdə canlı yayımlanıb.

Polis tərəfindən təqib olunan şübhəli oğurlanmış avtomobildə qəza törətdikdən sonra saxlanılıb. O, maşından düşməkdən imtina etdiyi üçün həbs SWAT polisinin xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.

O da bildirilir ki, Kelli 2020-ci ildə adam öldürməyə cəhddə ittiham olunub.

Related posts

Yəhudilər qaçır!

Meşədən kütləvi köç edən qırxayaqlıların görüntüsü tayvanlıları dəhşətə gətirdi – VİDEO

Yaşlı qadın küləyin qurbanına çevrilməkdən son anda xilas oldu – ANBAAN VİDEO