Sədərək yolunda zəncirvari qəza: Üç avtomobil toqquşdu – VİDEO

Sədərək yolu kimi tanınan Bakı dairəvi avtomobil yolunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Hadisə nəticəsində üç avtomobil – iki “Toyota Prius” və “Hyundai Santafe” markalı avtomobillər toqquşub.

Hadisəyə səbəb kimi ara məsafəsinin düzgün seçilməməsi ehtimal olunur. Əraziyə təcili tibbi yardım və dövlət yol polisi əməkdaşları cəlb olunublar.

Xəsarət alanların vəziyyəti ilə bağlı məlumat yoxdur.

Baş Dövlət Yol Polisi İdarəsinə hadisə ilə bağlı sorğu göndərsək də, cavab ala bilmədik. 

Videonu təqdim edirik:

Related posts

Xırdalanda sahibsiz itlər qadına hücum edib yerə yıxdılar – ANBAAN VİDEO

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK: Çox sayda maşının təkəri sıradan çıxdı – VİDEO

Gecəyarısı avtoxuliqanlıq edib, şəhəri bir-birinə qatdılar – ANBAAN VİDEO