Rüşvət alan şirkət direktoru məhkəmədən qaçdı

Rüşvət almaqda təqsirləndirilən şirkət direktoru məhkəmədən qaçıb.

“Vest Corporation” MMC-nin rəhbəri Orxan Ələkbərov 2020-ci ilin aprelində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

O, karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması üçün və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu şirkətin adından pul müqabilində saxta arayışlar verib.

Direktorun barəsində başlanılan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. O, son iki məhkəmə prosesinə gəlməyib. Məlum olub ki, Orxan Ələkbərov qaçıb gizlənib.

Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyi üçün icraat dayandırılıb və o, axtarışa verilib.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO