İlham Əliyev Ayətullah Xameneini təbrik edib

QafqazTimes.com İSNA-ya istinadən xəbər verir: Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə İnqilab Rəhbəri Ayətullah Xameneiyə təbrik müraciəti ünvanlayıb.

Müraciətdə deyilir:

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Ayətullah Seyyid Əli Xameneiyə

Əziz Novruz bayramı münasibətilə şəxsən öz adımdan və Azərbaycan xalqı tərəfindən Cənab Alini və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Uca bəşəri dəyərlər müjdəçisi olan bahar bayramı insanları yaxşı əməllərə, qarşılıqlı anlaşmaya, dostluq və həmrəyliyə dəvət edir. Əminəm ki, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq, mehriban qonşuluq və həmkarlıq bundan sonra da qədim Novruz ənənələrini yaşadan xalqlarımızın mənafeləri istiqamətində genişlənəcək və möhkəmlənəcək.

Bu mübarək bayramda Cənab Aliyə yüksək sağlamlıq, işlərdə uğur, dost və qardaş İran xalqına rifah və rövnəqlənmə arzulayıram.

Hörmətlə

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Yəhudilər qaçır!