Rusiyanın Vaşinqtondakı səfirinin amerikalıların Suriyada olmasına reaksiyası

Qafqaztimes xəbər verir ki, Tass xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ ordusunun sözçüsü Veyn Marutonun tvitinə cavab olaraq amerikalıların Suriyada qalmasına qeyri qanuni olduğunu bildirib.

Maruto daha əvvəl öz tvitində yazmışdı: “ABŞ qüvvələri beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının 2015 -ci ildə qəbul edilmiş 2254 saylı qətnaməsinə əsasən Suriyanın şimal-şərqində qalacaqdır.”

Rusiya səfiri Anatoli Antonov isə bu tvitə cavab olaraq yazıb: “ABŞ silahlı qüvvələrinin Suriyada qalmaq üçün heç bir qanuni icazəsi olmadığı bir həqiqətdir. BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini şərh etməyiniz gülüncdür. Zəhmət olmasa sənədi tam oxuyun.”

ABŞ-ın dəstəklədiyi Suriya Kürd Demokratik Qüvvələri hazırda Əl-Hsəkə, Deyr əz-Zor və Rəqqa da daxil olmaqla Suriyanın əksər şərq və şimal-şərq əyalətlərinə nəzarət edir.

ABŞ ordusu burada qanunsuz olaraq dördü Deyr əz-Zor əyalətindəki neft yataqlarının yaxınlığında və beşi isə Əl-Həsəkədə yerləşən 9 hərbi baza qurmuşdur.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))