Rusiyanın kosmosa atəşini kim xəbər verib?

Qafqaztimes.com Forbes-ə istinadən xəbər verir: Rusiya uzun illər istifadəsiz qalmış peykini raketlə vurdu. Bu bir növ peykvuran silahın sınağı oldu. Daha maraqlı sual budur ki, peykin vurulması necə bəlli olub? 15 noyabrda Plesesk kosmodromundan atılan raketin Selina-D peykini vurmasını kim görmüşdü ki!! Bəli, hadisəni Moskvadan başqası izləməyib. Əslində Rusiya bu addımı ilə peykvuranlar klubuna qatılıb. ABŞ 1985-ci ildə, Çin 2007-ci ildə, Hindistan 2019-cu ildə öz peykini vurub sıradan çıxarıb. Bu barədə heç bir konvensiya olmadığından Rusiya hansısa qanunu pozmayıb. Mütəxəssislər düşünür ki, Moskva bu əməliyyatla Vaşinqtona təzyiq göstərir.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Qırmızı dənizdə Amerika qırıcısı vuruldu