İran XİN-nin sözçüsü: ABŞ prezidentinin imzası etibarlı deyil

Qafqaztimes xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yerli telekanallara verdiyi müsahibəsində ABŞ-ın nüvə anlaşmasına qayıtması şərtləri barədə belə deyib: “Sanksiyaların effektiv, birgə və yoxlanıla bilən şəkildə ləğvi ABŞ-ın nüvə anlaşmasına qayıtması üçün şərtdir və Vyanadakı danışıqlarda məqsədimiz də məhz budur.”

O, həmçinin deyib: “Əgər Birləşmiş Ştatlar bu yanaşma ilə Vyana danışıqlarına girərsə və sanksiyaları vahid və yoxlanıla bilən şəkildə qaldırmağa hazır olarsa, razılaşma mütləq ən qısa müddətdə əldə olunacaqdır.”

Xətibzadə belə əlavə edib: “Əlbəttə ki, biz ABŞ-ın bir daha beynəlxalq hüququ ələ salmayacağına dair təzminat da istəyirik.”

O, həmçinin belə qeyd edib: “Amerika Birləşmiş Ştatları, o cümlədən ABŞ-ın hazırkı administrasiyası göstərdi ki, verdikləri zəmanətlərin üstündə dayana bilmirlər və ABŞ prezidentinin imzası onların iddia etdiyi qədər də etibarlı və dəyərli deyil, ona görə də təbiidir ki, İran İslam Respublikası və danışıqlar qrupu lazımi zəmanətlərin alınmasında israrlıdır.”

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!