Rusiyanın İrandakı keçmiş baş konsulunun meyiti tapıldı – FOTO

Moskvada Rusiyanın İrandakı keçmiş baş konsulu Konstantin Alekseyevin meyiti tapılıb.

Əldə edilən məlumata görə, diplomatın cəsədini onun həyat yoldaşı Vernaya küçəsindəki evdə aşkar edib. Hazırda Alekseyevin ölüm səbəbləri araşdırılır.

Qeyd edək ki, Konstantin Alekseyev 2015-2019-cu illərdə Rusiya Federasiyasının İranın Rəşt şəhərində baş konsulu vəzifəsində çalışıb. Bundan əvvəl o, Rusiyanın İrandakı səfirliyinin nazir müşaviri vəzifəsində xidmət edib. Həmçinin Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentində işləyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi