Rusiyanın Berlindəki səfirliyi yaxınlığında bir rus diplomatın meyiti tapılıb

Qafqaztimes xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfirliyinin bir əməkdaşının öldüyünü və onun cəsədinin səfirlik binası yaxınlığında tapıldığını təsdiqləyib, lakin əlavə təfərrüat verməkdən imtina edib.

Rusiyanın “Russia Today” telekanalı Almaniyanın “Der Spiegel” qəzetinə istinadən Almaniyanın paytaxtında Rusiya səfirliyi qarşısında rusiyalı diplomatın meyitinin tapılması barədə məlumat yayıb.

Qəzetin yazdığına görə, 35 yaşlı bu şəxs səfirliyin ikinci katibi vəzifəsini icra edirmiş. Görünür, o, binanın yuxarı mərtəbəsindən yıxılıb.

Russia Today-in Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, onun meyiti oktyabrın 19-da tapılıb.

Almaniya Xarici İşlər Nazirliyi cümə günü Rusiyanın Berlindəki səfirliyinin əməkdaşının ölümündən xəbərdar olduğunu açıqlayıb, lakin şəxsi məlumatların qorunması səbəbiylə əlavə məlumat verməkdən imtina edib.

Nazirliyin sözçüsü Kristofer Berqer mətbuat konfransında deyib: “Sizə deyə bilərəm ki, Dövlət Departamenti bu hadisədən xəbərdardır. Mərhumun və onun yaxınlarının şəxsi məlumatlarının qorunması məqsədilə əlavə təfərrüatlar verə bilmədiyimə görə sizdən anlayışlı olmanızı xahiş edirəm.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri