Fələstinli əsir 19 illik əsarətdən sonra azadlığa qovuşdu

Qafqaztimes xəbər verir ki, fələstinli əsir Məcdi əl-Qubeysi Təl-Əviv həbsxanasında 19 illik əsirlikdən sonra cümə axşamı azad edilib.

“Russia Today” veb saytının məlumatına görə, 2002-ci il noyabrın 7-də ikinci intifadanın ortasında İsrail qüvvələri Məcdi əl-Qubeysinin Ramallah bölgəsinin Abovin qəsəbəsindəki evinə basqın edərək, onu həbs etmiş və iki ay müddətində onu ağır işgəncələrə məruz qoymuşlar. Bu müddət ərzində onun təcridxanadan kənara çıxışı və vəkillə əlaqəsi belə olmamışdır. Məcdinin ailəsinə isə uzun illər onunla görüşməyi qadağan etmişlər. Daha sonra İsrail məhkəməsi onu HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadasına üzv olmaq və sionistlərə məxsus avtomobilin vurulmasında iştirak etmək ittihamı ilə 19 il həbs cəzasına məhkum etmişdir.

Bu fələstinli əsir həbs olunmazdan əvvəl Birzit Universitetində kompüter mühəndisliyi üzrə dərs deyirmiş. 2008-ci ildə həbsdə olduğu illərdə o, Qurani-Kərimi bütünlüklə əzbərləyə bilmişdir.

Related posts

ABŞ-ın əsil siması

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO