Rusiyalı cütlüyün uşaqlarına qoyduqları maraqlı ad müzakirələrə səbəb oldu (Video izlə)

Yamalo-Nenets Muxtar Dairəsindən olan gənc evli cütlük Lyudmila və Aleksandr yeni doğulan qızlarına “Rusiya” adını veriblər. Uşaq yanvarın 31-də anadan olub.

Gənclər bu adı dünyanın mövcud vəziyyətini, öz vətənpərvərlik hisslərini nəzərə alaraq birlikdə seçdiklərini deyiblər.

“Çox adam ölkəmizdən qaçır, deyirlər ki, utanırıq. Biz isə əksini qərar verdik – utanmırıq! Biz fəxr edirik və ölkəmizi sevirik”, – deyə Lyudmila bildirib.

Qeyd edək ki, valideynlər üçün bu, ikinci uşaqdır. Onların böyük övladlarının adı Nikolaydır.

Sosial şəbəkə istifadəçiləri valideynlərin körpəyə belə səs-küylü ad qoymaq fikrini bəyənməyiblər – onlar qızcığaza bu adla yaşamağın asan olmayacağını deyiblər və həmyaşıdlarının onu ələ sala biləcəyi barədə ata-anaya xəbərdarlıq ediblər. Ancaq cütlüyün qərarını dəstəkləyənlər də olub. Onların fikrincə, övladına hansı ad verməsi hər kəsin şəxsi işidir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi