Misir Fələstindəki vəziyyətin yaxşılaşması üçün vasitəçilik edir

İslami Cihad Hərəkatı baş katibinin Qahirəyə səfəri ilə eyni zamanda Misir təhlükəsizlik heyəti də işğal olunmuş torpaqlarda vəziyyətin normallaşdırılması məqsədi ilə Fələstinə səfər edib.

Əl-Aləm telekanalının məlumatına əsasən, Hərəkatın sözçüsü Davud Şahab deyib ki, Ziyad Ən-Nəxalə rəsmi Misirin dəvəti əsasında Qahirəyə səfər edib. Bu səfərdə əsas məqsəd Misirin Fələstindəki son vəziyyət barədə araşdırmalarıdır.

Məlumatda deyilir: Ən-Nəxalə bu səfərdə İordan çayının qərb sahili və Qüdsdəki son zamanlar sionist rejim təcavüzkarlıqları ilə bərabər işğal olunmuş ərazilərdəki siyasi vəziyyəti araşdırmaqdır.

Fələstin informasiya qaynaqları həmçinin Misir hakimiyyətinin təhlükəsizlik nümayəndələrindən bir heyət də sionist rejim rəsmiləri ilə işğal olunmuş torpaqlar barədə müzakirələri məqsədi ilə Fələstinə gedib. Bu heyət sionist rejimə Fələstindəki vəziyyətin saatı qurulmuş bir bombaya bənzəməsi barədə xəbərdarlıq ediblər. Çünki rejim tərəfindən təcavüzkarlıqlara məruz qalan məhbuslar, işğal olunmuş ərazilərdə baş verən cinayətlərə susan fələstinlilərin sükutunun çox sürməyəcəyinə əmindirlər.

Qeyd edək ki, son günlər İsrail rejiminin fələstinlilərə qarşı cinayətləri getdikcə şiddətlənib və Misir  isə bu prosesin qarşısını almaq üçün tərəflər arasında vasitəçilik etməyə çalışır.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!