Rusiyada təyyarədə yanğın: Sərnişinlər təxliyə olundu (Video izlə)

Domodedovo hava limanından havaya qalxmağa hazırlaşan Ural Hava Yollarına məxsus U6 167 Moskva – Kalininqrad reysini həyata keçirən təyyarənin göyərtəsində yanğın baş verib.

Məlumata görə, sərnişinlərdən birinə məxsus poverbank yanıb.

Cihaz əvvəlcə çox isinib, daha sonra qəfildən alovlanıb.

Aviaşirkət yanğının tez bir zamanda söndürüldüyünü, sərnişinlərin hava nərdivanlardan istifadə etməklə təyyarənin salonundan dərhal təxliyə edildiyini bildirib.

İnsident zamanı xəsarət alan olmayıb.

Related posts

Türkiyədə eşşəkləri evləndirdilər: Toyda nikah məmuru da iştirak etdi – FOTO/VİDEO

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

Yaponiyada bir çantaya görə 180-ə yaxın qatarın hərəkəti ləğv edilib – FOTO