Rusiyada onlarla avtobus alovlara büründü – FOTO/VİDEO

Rusiyanın Moskva vilayətində stasionar taksilər də daxil olmaqla onlarla avtobus alovlara bürünüb.

Bu barədə vilayət prokurorluğunun Mətbuat Xidməti xəbər verib.

Bildirilir ki, hadisə Rusiya paytaxtının yaxınlığındakı Noqinsk şəhərində ictimai nəqliyyat üçün dayanacaqda baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yanğının qəsdən törədilə biləcəyini bildirib.

“Dəqiq səbəblərin müəyyən edilməsi üçün yanğın-texniki ekspertiza təyin edilib”, – deyə nazirliyin açıqlamasında əlavə edilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi