Rusiyada odlu tornado peyda oldu (Video izlə)

Rusiyanın Kurqan vilayətinin sakinləri alovlu tornadoları çəkərək müvafiq videoları sosial şəbəkədə yerləşdiriblər.

Görüntülərdə yanğının yaşayış evlərinin arxasına keçdiyi görünür.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi Kurqan vilayətinin Redkino, Ploskaya, Sladko-Karasinskoye kəndlərində, həmçinin Topol mikrorayonunda və Kurqan ətrafındakı Uval və Smolino kəndlərində sakinlərin təhlükə ilə əlaqədar təxliyə edildiyini bildirib.

Məlumata görə, yanğın Almenevski, Varqaşinski, Belozerski, Ketovski, Şadrinski, Mişkinski bələdiyyə rayonlarının yaşayış məntəqələrinə və Kurqanın mikrorayonlarına keçə bilər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi