Avtomobil izdihamın içinə sürüldü: Ölənlər və yaralılar var (Video izlə)

ABŞ-nin Texas ştatının Braunsvil şəhərində avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində 7 nəfər ölüb.

Hadisə mayın 7-də yerli evsizlər mərkəzində baş verib.

Şəhər polisinin məlumatına görə, toqquşma nəticəsində daha 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobilin sürücüsü saxlanılıb, o, hazırda xəstəxanada mühafizəçilərin nəzarəti altındadır.

Qəzanın səbəbi hələlik məlum deyil. İnsident zamanı sürücünün narkotikin təsiri altında olması ehtimalı var.

Related posts

“WhatsApp” dizaynını tamamilə dəyişdi – FOTO/VİDEO

Günəşdə nəhəng ləkə peyda oldu – FOTO

Argentinada iki qatar toqquşdu: Onlarla yaralı var – VİDEO