Rusiyada güclü daşqın: Evlər su altında qaldı, əhali təxliyə olunur – VİDEO

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində suayırıcı dambanın dağılması nəticəsində daşqın yaranıb və ərazini su basıb.

Orskda su basmış elektrik şəbəkəsi obyektləri bağlanıb, bir sıra ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb. Ural çayının səviyyəsi səhər saatlarında 9,27 metr təşkil edib ki, bu da təhlükəli səviyyədən 2 metr çoxdur.

Hazırda 2 556 yaşayış binasını su basıb, 4 208 nəfər təxliyə edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sakinlərin təxliyəsini davam etdirirlər.

Qəza yerində 530-dan çox mütəxəssis, 125 texnika işləyir.

Həmçinin operativ xidmətlərdən verilən son məlumata görə, Orskda bəndin uçması nəticəsində su altında qalan üç nəfərin cəsədi tapılıb.

“Üç nəfərin cəsədi tapılıb: ikisi küçədə, biri evdə. Evdə su altında qalan şəxs axşam təxliyə edilməkdən imtina etmişdi”, – deyə məlumatda bildirilib.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO

1 şərh

Lou Brown Aprel 8, 2024 - 2:30 səhər

Didim eskort ,

Add Comment