Rusiya rəsmisi: Dörd Sarmat-2 raketi ilə ABŞ-ı xəritədən silərik

QafqazTimes xəbər verir ki, Rusiya parlamentinin rəsmisi televiziyaya müsahibəsində açıq şəkildə bildirib ki, Rusiya bir neçə raketlə ABŞ-ın şərqini və qərbini tamamilə məhv edə bilər.

Daily Mail-in çərşənbə axşamı verdiyi məlumata görə, rusiyalı deputat Aleksey Juravlev bir televiziya proqramında Rusiyanın 4 nüvə raketi ilə ABŞ-ın şərqini və qərbini yer üzündən silə biləcəyini bildirib.

Juravlev bildirib ki, Rusiya yeni “Sarmat-2” nüvə raketlərindən istifadə etsə, ABŞ sahillərində heç nə qalmayacaq və nüvə partlayışı nəticəsində Meksikadan “göbələk formalı nəhəng bulud” görünəcək.

O, proqramın bir hissəsində aparıcıya deyib: “Mən sizə deyim ki, ABŞ-ın bütün şərq sahillərini məhv etmək üçün iki “Sarmat” raketi və qərb sahilləri üçün də daha iki raket lazımdır.”

Sarmat-2, 15-ə qədər səsdən sürətli döyüş başlığı daşıya biləcəyi düşünülən Rusiya nüvə raketlərinin son nəslidir. Bu raketin bütün hazırkı raket əleyhinə müdafiə sistemlərindən yan keçə bildiyi bildirilir.

Related posts

Qətər sionist rejimin Rəfəhə hücumunu qınadı

Hollandiyalı vəkillər Netanyahunun həbsini tələb edir

Kolumbiya: İnsanlığın ölüməsinə razı deyilik