Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Rusiya Federasiyasının BMT nümayəndəsi Qəzzə zolağında kütləvi məzarlıqlar barədə araşdırmanın başlanmasını istəyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Vasili Nebenziya bu gün səhər (2 may) BMT-də Qəzzə zolağında sionistlər tərəfindən yaradılmış kütləvi məzarlıqlar barədə araşdırma qrupunun yaradılması təklifini irəli sürüb.

Sputnikin məlumatına görə Nebenziya BMT baş assambleyasının iclasında deyib: Bu məsələ ilə əlaqədar cinayətkarların cəzalandırılması üçün beynəlxalq araşdırma qrupunun yaradılması zəruridir.

Bundan əvvəl də BMT baş katibi Antonio Quttereş də Qəzzədə yüzlərlə fələstinlinin şəxsiyyətinin təsdiqlənməsi üçün kütləvi məzarlıqlar barədə tədqiqat qrupunun yaradılmasına ehtiyac olduğunu demişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib