Rusiya İsrail-Fələstin münaqişəsi həllində danışıqların başlanmasını istəyir

Rusiya XİN başçısı Kubalı əməkdaşı ilə görüşdə Qəzzə müharibəsində həlak olan sivil fələstinlilərin artdığını və bunun Ukrayna müharibəsinə nisbətən həddən artıq çox olduğunu vurğulayaraq Braziliya prezidentinin ilə bu xüsusda fikir bildirməsinə haqq qazandırıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Sergey Lavrov dünən axşam (19 fevral) Braziliya XİN başçısı Bruno Rodrigs Parila ilə görüşündə deyib: Qəzzə müharibəsində əsas qadın və uşaqlar olmaqla minlərlə insan həlak olub. Bu isə 2014-cü il Ukrayna çevrilişindən sonra müharibə dövrünə qədər orada həlak olanların sayından qat-qat artıqdır.

Lavrovun sözlərinə görə, bu statistikanın artmasına rəğmən, hələ də aydın bir gələcək görünmür.

Lavrov həmçinin vurğulayıb: Qəzzə konfliktinin həlli üçün müzakirədən başqa çıxış yolu yoxdur və Rusiya İsrail-Fələstin münaqişəsi həllində danışıqların başlanmasını istəyir.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

1 şərh

마스크 Fevral 26, 2024 - 9:57 səhər

Thanks for sharing your thoughts. I truly appreciate your
efforts and I will be waiting for your next post thanks once again.

Add Comment