Rusiya Haiti prezidentinin qətlində amerikalıların əli olmasından narahatlığını bildirib

Qafqaztimes xəbər verir ki, Sputnik-in məlumatına görə Rusiya Haiti prezidentinə sui-qəsddə şübhəli bilinənlərin amerikalı olduqlarından narahatlığını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova, Haiti prezidentinin qətlini qınayan bir mətbuat konfransında, Haiti prezidentinə sui-qəsddə şübhəli bilinənlərin ABŞ vətəndaşı olduğu xəbərlərindən Moskvanın ciddi şəkildə narahat olduğunu söyləyib.

Zaxarova, Rusiyanın yalnız cinayətkarları deyil, həm də qətlin sifarişçilərinin müəyyənləşdirilərək həbs olunmasını gözlədiyini söyləyib.

O, həmçinin deyib: “Prezident Putin, geosiyasi hədəflərinə çatmaq üçün Haitidəki daxili qarşıdurmaya xaricilərin cəlb olunmasından çox narahatdır.”

2016-cı ildən bəri Haitiyə rəhbərlik edən Cuanel Moyes, 7 iyul tarixində, paytaxt Port-o-Prinsdən kənarda yerləşən şəxsi iqamətgahında qətlə yetirilmiş, həyat yoldaşı isə ağır yaralanmışdır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib