Hicablı müəllimə Beyrutdakı fransız məktəbindən qovuldu

Qafqaztimes xəbər verir ki, Ərəb 21 veb-saytına görə, Beyrutdakı bir Fransız orta məktəbi hicabını çıxartmaqdan imtina etdiyi üçün bir müəlliməni işdən qovub.

Vaxtilə Livanın keçmiş baş naziri Rəfiq əl-Həriri tərəfindən alınan bu məktəb, ərəb dili müəllimi Lisiya Əbdülqadirdən hicabını çıxartmasını və məktəbdən kənarda geyinməsini istəyib.

Qeyd olunan məktəb, Rəfiq əl-Həriri Vəqfi tərəfindən Fransa Xarici İşlər Nazirliyi və Fransız Dünyəvi Təhsil Missiyası ilə xüsusi razılaşma əsasında fəaliyyət göstərir.

Bundan əvvəl də hicabının çıxarılması tələbini rədd edən bu hicablı müəllimə aşağı maaş və daha uzun iş saatı ilə əl-Həriri liseyinə köçürülmüşdür.

Ümumilikdə Fransa hökuməti İslama fobiya yanaşması və hicab əleyhinə qanunların qəbul edilməsi ilə məşhurdur.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?