Rus diplomatı: Amerikanın siyasəti dünyanı fəlakətə aparır

QafqazTimes xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ötən gün bildirib ki, Amerika idarəetmə orqanının qəbul etdiyi siyasət dünyanı fəlakətə aparacaq.

Antonov mətbuat konfransı zamanı deyib ki, amerikalılar və onların müttəfiqləri bu ölkə ərazisində Rusiyaya qarşı birgə müharibəyə başlayıblar.

“Sputnik” xəbər agentliyinin məlumatına görə, o, ABŞ-ın NATO-dakı tərəfdaşlarından sui-istifadə etdiyini və onları hərbi sənayelərinin dirçəldilməsi üçün maliyyə dəstəyi verməyə məcbur etdiyini bildirərək belə qeyd edib: “ABŞ-ın hərbi sənayesi hətta soyuq müharibə illərində belə bu qədər pul görməmişdi!”

Bu rus diplomatı daha sonra bildirib ki, Rusiya Amerikaya onun tutduğu yolun dünyanı fəlakətə aparacağı barədə xəbərdarlıq edir.

Bu hesabata görə, Antonov bəyan edib: “Biz Vaşinqtona daim xəbərdar edirik ki, onların döyüş meydanında bizi məğlub etmək üçün tutduğu yol dünyanı tez bir zamanda fəlakətli ssenariyə aparacaq.”

“Rianovsti” saytının məlumatına görə, o, Rusiyanın nüvə silahı hədəsi ilə bağlı iddiaları “absurd və məsuliyyətsiz” adlandıraraq, bildirib: “Rusiyanın siyasi və hərbi liderlərindən heç biri indiyə qədər belə fikir söyləməyib.”

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

1 şərh

Chasya Fevral 18, 2024 - 4:37 səhər

Attractive section of content. I just stumbled upon your site and
in accession capital to assert that I acquire in fact enjoyed
account your blog posts. Any way I will be subscribing to your augment
and even I achievement you access consistently quickly.

Add Comment