“Rufo Gəncinski” ləqəbli azərbaycanlı “qanuni oğru”nun olduğu mərasimə basqın oldu – FOTO

Rusiyanın paytaxtı Moskvada yerləşən Tbilisi restoranında “Badri Kutaiski” ləqəbli “qanuni oğru” Badri Koquaşvilinin ad günü keçirilib.

Ad günündə bir neçə “qanuni oğru” ilə bərabər “Rufo Gəncinski” ləqəbli azərbaycanlı “qanuni oğru” Ülfət Tağıyev də iştirak edib. Mərasimdə Badriyə qiymətli hədiyyələr bağışlanıb. Məsələn, biznesmen Şalva Gibradze Badriyə 300 min dollarlıq saat hədiyyə edib.

Məlumata görə, mərasimin sonuna yaxın polis müdaxilə edib. İştirak edənlərin sənədləri yoxlanılıb və hər biri sərbəst buraxılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi