QafqazTimes.com: “Roskosmos”un baş direktoru Dmitri Roqozin ABŞ prezidenti Co Baydenin hərbi cinayətkar olduğunu deyib. AzVision.az xəbər verir ki, o, Baydenin Rusiya prezidenti Vladimir Putini “müharibə cinayətkarı” adlandırmasına sualla cavab verib. Bəlkə Baydenə hərbi cinayətkarın kim olduğunu xatırlatmaq lazımdır? – Roqozin “Telegram” kanalında etdiyi paylaşıdma yazıb. Baş direktor paylaşımına video da əlavə edib. Bildirilir ki, Bayden 1999-cu ildə Belqradı bombalamağı və Dunaydakı körpüləri dağıtmaq üçün ABŞ Hərbi Hava Qüvvələrinin pilotlarını göndərməyi təklif etdiyini etiraf edib. Bu qanlı qoca öz məzarının bir addımlığında vəhşiliklərini, qətlə yetirdiyi minlərlə dinc sakini xatırlamalıdır, – deyə Roqozin yazıb.