Robot heykəltəraşlıq bacarığını nümayiş etdirdi – FOTO

Robot qədim yunan heykəltəraşlığı nümunələrinin surətini yarada bilib.

Sınaq üçün mütəxəssislər qədim yunan ay tanrısı Selenin atını seçiblər.

Abidə Parfenonda quraşdırılıb, lakin 19-cu əsrin əvvəllərində Osmanlı İmperiyası tərəfindən Yunanıstandan çıxarılıb.

Sınaq işi Oksford Rəqəmsal Arxeologiya İnstitutunun mütəxəssislərinin rəhbərliyi altında aparılıb. Nəticədə brilyant kəsicilərlə təchiz edilmiş robot beş gün ərzində bir ton mərmərdən at başını oymağı bacarıb.

Hazırda qədim abidələrin saxlanıldığı Britaniya Muzeyinin qəyyumlar şurasının sədri Corc Osborn orijinal və surətlərin birlikdə sərgilənəcəyini istisna etməyib.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO