Robert Melli məxfiliyi pozub?!

FTB-ın  Robert Melli haqqında İranla əlaqəli gizli informasiyaların saxlanılması barədə tədqiqat apardığı məlum olub.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, ABŞ MKİ bu barədə heç bir ip ucu verməsə də, medialar R.Mellinin İranla bağlı məxfi məlumatlardan istifadə və onların mühafizəsi zəminində bir müddət işdən uzaqlaşdırıldığından xəbər verirlər.

Ötən həftə FTB ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi Robert Mellinin məxfiliyinin mümkün pozulması ilə bağlı araşdırmaya başlayıb. Federal Təhqiqatlar Bürosunun işə qarışması işin ciddiliyini artırır və söhbət “sənədlərlə ehtiyatsız davranmaqdan başqa bir şeydən” gedirdi.

Melli öz hesabına məzuniyyətə çıxdığını elan edərək işdən uzaqlaşmış, əvəzinə Abraam Pelli təyin edilmişdi.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı