Robert Mali: General Süleymaninin öldürülməsi ABŞ-ın təhlükəsizliyinə zərbə vurdu

Qafqaztimes xəbər verir ki, Əl-Məyadin telekanalının İsrail mediasına istinadən verdiyi məlumatına görə ABŞ-ın İran üzrə nümayəndəsi Robert Mali, Sərdar Süleymaninin öldürülməsinin ABŞ-ın təhlükəsizliyini aşağı saldığını söyləyib.

O, belə deyib: “Süleymaninin terror edilməsi dünyanı İrana qarşı daha da aciz etdi.”

Robert Mali, Tramp administrasiyasının Şəhid Süleymaninin terroru ilə bağlı keçən ay NBC-yə verdiyi müsahibəsində deyib: “(Tramp administrasiyası dövründə) tam olaraq nə baş verdiyini bilmirəm, amma düşünürəm ki, Amerika xalqının bundan üzülməyə haqqı var. Amerika xalqının təhlükəsizliyini təmin etməli olan bir siyasət, Qasım Süleymaninin öldürülməsi (terroru) ilə daha çox təzyiqlərə səbəb oldu… O vaxtdan üç il keçdi, amma hər şey aydındır, ABŞ-ın təhlükəsizliyi əvvəlkindən daga zəif olub. Çünki İran hazırda (nüvə anlaşmasından əvvəlkinə nisbətən) daha geniş nüvə proqramına sahibdir və regional fəaliyyətini daha da gücləndirib.”

O, belə əlavə edib: “Söhbət Qasım Süleymaninin öldürülməsini (terrorunu) mühakimə etməkdən getmir və düşünürəm ki, hamımız bununla razılaşa bilərik, amma məsələ onun öldürülməsinin ABŞ-ı daha təhlükəsiz edib-etməməsidir. Düşünürəm ki, məsələ çox aydındır, çünki daha çox problem yaratdı və gərginliyi azaltmadı.”

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?