Reytinq üçün azyaşlıya siqaret çəkdirən taksi sürücüsü saxlanıldı (Video izlə)

Ötən gün sosial şəbəkələrdə gənc oğlanın azyaşlı uşağa siqaret çəkdirməsi ilə bağlı videogörüntü yayılıb.  

Həmin şəxs taksi sürücüsü Orxan Mustafayevdir.

Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, 2000-ci il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb:

“O, ilkin izahatında bildirib ki, azyaşlı onun qohumudur, sosial şəbəkələrdə reytinq qazanmaq, diqqət çəkmək üçün belə bir paylaşım edim. Hazırda araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Həmin görüntüləri təqdim edirik:

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir