Reallıq bizim əlimizdədir, saxta xəbərlərə inanmayın

SEPAH-ın baş komandanı Hüseyn Salami bu gün səhər (7 yanvar) bir mərasimdə deyib: Düşmənlərimizin reallıqları əksinə qələmə verməkdən əlavə, həqiqətləri ümidsiz vəziyyət kimi işıqlandırmaqdan başqa işi-gücü yoxdur.

Baş komandan Hüseyn Salami həmçinin jurnalistlərə deyib: İİR düşmənləri siyasi məqsədlərini həyata keçirmək üçün əllərindən gələni əsirgəmirlər.

General Salami İrandakı iqtisadi gərginliyin ölkəyə qoyulan yersiz sanksiyalardan mənşələndiyini vurğulayaraq qeyd edib ki, bu siyasətlər nəticəsində hətta müalicəsi çətin olan tibbi preparatların alınmasına da sanksiyalar tətbiq edilir. Amma bununla bərabər bəsic qüvvələrimiz qarşıdurma layihələri ilə bu məsələnin həllinə çalışması da göz qarşısındadır.

H.Salami habelə vurğulayıb: Kiber dünya və sosial mediaların SEPAH əleyhinə informasiyalar yaymasına baxmayaraq, real həyatda biz xalqın zehnində inam yaradır, ölkənin tam təhlükəsizliyini təmin etməyə çalışırıq. Əslində reallıq bizim əlimizdədir və məcazi dünya ilə qarşıdurmada uğurlar qazanmaqdayıq.

SEPAH-ın baş komandanı son zamanlar baş verən hadisələrdə xarici mediaların minlərlə saxtakarlıqlarını xatırladaraq deyib: Biz xarici düşmənlərin yalanlarına inanmamaları üçün həqiqəti olduğu kimi xalqa çatdırmalıyiq.

Related posts

Laricani: Livan müqavimətinin hər bir qərarını dəstəkləyirik

Rafael Qrossi Fordo və Nətənzdə

İsrail dünyada sülh üçün 1 nömrəli təhlükədir!

1 şərh

рабочий промокод 1xbet на депозит Yanvar 8, 2023 - 3:33 axşam

промокод при регистрации 1xbet. Click Here:👉 https://www.medtronik.ru/images/pages/bonus_kod_na_1xbet_pri_registracii_6500_rubley.html

Add Comment