Q.Süleymani İsrail rejimi qarşısında yenilməz qılınc və Fələstin xalqının müdafiəsində isə bir zireh idi

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Yəmən “Milli Nicat” Hökuməti bu gün (7 yanvar) müqavimət ruhlu komandanların xatirəsinə anım mərasimi təşkil edib.

Ənsarullah ümumi əlaqələr şöbəsinin məlumatına əsasən, Fələstin İslami Cihad Hərəkatının rəhbər üzvlərindən olan Xalid Əl-Bətş deyib: Şəhid general Qasim Süleymani İsrail rejimi qarşısında yenilməz qılınc və Fələstin xalqının müdafiəsində isə bir zireh idi.

Xalid Əl-Bətş şəhid general Süleymaninin hər hansı bir fərqliliyi nəzərə almadan Fələstin üçün sırf islami bir mühit yaratdı. O, bu ölkənin hərbi təchizatla bərabər infrastrukturlarının genişləndirilməsinə verdiyi dəstəklə İraq və Suriyada Amerikanın planlarını nakam qoydu.

Yəmən “Milli Nicat” hökumətinin baş naziri Əbdül Əziz Həbtur isə general Qasim Süleymani və onunla birlikdə şəhid olanların anım mərasimindəki çıxışında bu qəbildən olan mərasimlərin müqavimət mehvərli birlik və həmrəylik xarakteri daşıdığını vurğulayaraq qeyd edib: Biz Qərb ölkələri və sionizm planları qarşısında tamamilə həmrəyik və bu şəhidlər bizim üçün bir nümunə, Fələstin, Livan, Suriya, İraq və Yəmən xalqları üçün bir örnək dərsidirlər.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?

2 şərhlər

промокод 1xbet при регистрации Yanvar 8, 2023 - 3:34 axşam

промокод 1xbet при регистрации. Click Here:👉 https://www.medtronik.ru/images/pages/bonus_kod_na_1xbet_pri_registracii_6500_rubley.html

slot gacor Yanvar 10, 2023 - 11:24 axşam

Very nice post. I absolutely love this website. Keep it up!

Add Comment