Ramallahın təhlükəsizlik xidmətlərinin müqavimət qüvvələrinə qarşı repressiyaları davam edir

QafqazTimes xəbər verir ki, Fələstin Administrasiyasının təhlükəsizlik rəsmiləri İslami Cihad hərəkatının üzvü olan 29 yaşlı Mahmud Əbdürraziq Ramazanı milli təhlükəsizlik orqanına çağırıblar.

Məlumatlı mənbələrə görə, təhlükəsizlik agentləri bu əsirlikdən azad olmuş fələstinli ilə əlaqə saxlayaraq onu öz qərargahlarına çağırıblar.

Ramazan ömrünün 2 ilini sionist həbsxanalarında keçirmiş və üç dəfə isə Ramallah təhlükəsizlik agentləri tərəfindən həbs edilmişdir.

Qeyd edək ki, Ramallah təşkilatının təhlükəsizlik xidmətləri siyasi həbslər və azadlıqların məhdud edilməsi kontekstində İordan çayının qərb sahilində müqavimət qüvvələrinin həbsinə və təqibinə davam edir.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO