Rəsmi Səna hərbi təlimlər ilə bağlı xəbərdarlıq edib

QafqazTimes xəbər verir ki, Yəmənin Milli Qurtuluş hökumətinin xarici işlər naziri Hişam Şərəf Qırmızı dəniz, Ədən körfəzi və Oman körfəzində hərbi təlimlər adı altında hərbi ittifaqların yaradılması ilə bağlı bəzi planların xətərləri barədə xəbərdarlıq edib.

O, Səba xəbər agentliyinə deyib: “Biz terrorla, dəniz quldurluğu ilə mübarizə və ya regionun təhlükəsizliyini gücləndirmək bəhanəsi ilə bölgəni döyüş meydanına çevirmək və hərbi ittifaqlar yardılması barədə xəbərdarlıq edirik.”

Şərəf həmçinin deyib: “Biz həmçinin Qırmızı dənizi və Oman körfəzini birbaşa və ya əlaltılar vasitəsilə qarşıdurma səhnəsinə çevirmək üçün gizlin planlar barədə də xəbərdarlıq edirik.”

O, əlavə edib ki, Təl-Əviv və Vaşinqtonun çağırış etdiyi bu cür hərbi əməliyyatların ilk qurbanı region xalqları və ölkələridir. Sionist rejim və ABŞ Mərkəzi Komandanlığının bölgədəki dəniz təlimləri ilə bağlı iddia etdikləri təxribat nümayişindən başqa bir şey deyildir.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri