Rəhbər: Maşından düşüb səcdə etdim! (Video)

QafqazTimes.com Etemadonline-a istinadən xəbər verir: Şəmsi 22 bəhmən 1357-ci il, miladi 11 fevral 1979-cu ildə İranda İslam inqilabı qələbə çaldı. İmperialist Amerikanın regionda jandarmı rolunu oynayan İran onun 1 nömrəli düşməninə çevrildi. Regionda İsraillə ancaq İran dostluq edirdi və ancaq İranda İsrailin səfriliyi vardı. İran İsrailin şeytan siyasətlərinə qarşı səngər oldu. Bütün bunlara inanmaq çətin idi. Hətta o insanlar üçün ki, inqilabın ön sırasında idi.

Ayətullah Xameneinin inqilab barədə şirin xatirələri var. İnqilab Rəhbəri belə xatırlayır: Maşında radiodan eşitdim ki, İran İslam İnqilabının səsi! Maşını saxladım. Küçədə yolun kənarında səcdə etdim. Ölkənin rəsmi radio şəbəkəsindən bunu eşitmək inanılası şey deyildi. Gülüş doğursa da, deyim ki, neçə həftə qəribə bir halda oldum, elə bilirdim ki, yuxu görürəm. Yuxudan oyanmaq istəyirdim, görürdüm yox, bu yuxu deyil…

Related posts

Yəhudilər Qəzzada döyüşdən qaçır…

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik