Rəfəh şəhidlərinin sayı artır

İnformaisya qaynaqları sionist rejimin Rəfəhdəki bombardmanlarından sonra fələstinli şəhidlərin sayının artmasından xəbər verir.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim hərbçiləri bu gün (22 aprel) səhər saatlarında Rəfəhdə 2 yaşayış evinə etdiyi hava zərbəsi 24 nəfərin şəhid olmasına səbəb olub. Onlardan 16-sı uşaq və 6-sı qadındır.

Məlumatına görə, cümə günü gec saatlarda endirilən zərbə Rəfah şəhərinin Tel Sultan məhəlləsində yaşayış binasına tuş gəlib. Altı uşaq, iki qadın və bir kişinin cəsədi Rəfahın Əbu Yusif əl-Nəccar xəstəxanasına aparılıb.

The Associated Pressn verdiyi məlumata görə şəhid ailələrinin üzvü deyib: Bu, bütün insani dəyərlərdən, əxlaqlardan məhrum bir dünyadır. Onlar didərgin düşən insanlar, qadın və uşaqlarla dolu evi vurdular. Orada qadın və uşaqlardan başqa şəhid yox idi.

Qeyd edək ki, Qəzzənın 2.3 milyonluq ümumi əhalisinin yarısından çoxu hazırda Misirlə sərhəddə yerləşən Rəfahda qalır. Onların əksəriyyəti ərazinin şimalında gedən döyüşlər səbəbilə didərgin düşüb.

Beynəlxalq ictimaiyyətin, o cümlədən İsrailin ən sadiq müttəfiqi olan ABŞ-ın təmkinli olmağa dair çağırışlarına baxmayaraq, İsrail hökuməti aylardır, əksər Həmas üzvlərinin Rəfahda qaldığını bildirərək, şəhərə qurudan hücum etmək niyyətində olduğunu israr edir.

Related posts

Sionist rejimin Rəfəhə hücumuna beynəlxalq reaksiyalar

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir