Rəcəb Tayyib Ərdoğana qarşı artan narazılıqlar

QafqazTimes xəbər verir ki, Türkiyədə bir araşdırma mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, Türkiyə vətəndaşlarının 60%-i Türkiyədə prezident administrasiyasının müvəffəq olmadığına inanır.

Türkiyənin 81 vilayətindən 20-də keçirilən son sorğuya görə, respondentlərin yalnız 24,3%-i Türkiyə prezident aparatının uğurlu olduğunu bildirib.

Hazırkı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2018-ci ildə müxalifətin saxtakarlıq iddiaları ilə yadda qalan ümumxalq səsverməsində yenidən prezident seçildi. Siyasi rəqibləri onu parlamenti kənara qoymaqda, məhkəmə sisteminin müstəqilliyinə xələl gətirməkdə və hökumətinin bütün rəqiblərini sıxışdırmağa çalışmaqda ittiham edirlər. Ərdoğanın fərmanları iqtisadi siyasətlərə də şamildir. Qiymətlərin ötən ilə nisbətən 36,1 faiz artması ilə müşahidə yüksək inflyasiya Türkiyədə ümumi yaşayışa zərbə vurur və yoxsulluğu günbəgün artırır.

1876 ​​nəfərlə üzbəüz və telefon danışıqlarına əsaslanan bu sorğu, həmçinin, gələn il keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək 18-24 yaşlı gənclərin hazırkı prezidentə ən mənfi münasibət bəslədiyini müəyyən edib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya