İsrailli ekspert: Hizbullah bəzi NATO ölkələrindən daha güclüdür

QafqazTimes xəbər verir ki, Qəzzə zolağının işğalı məsələsi sionist rejimində ixtilaflara səbəb olub. Çünki əksər hərbi ekspertlər hesab edir ki, İsrail ordusu HƏMAS və digər Fələstin qrupları ilə müharibəni quru əməliyyatları ilə öz xeyrinə bitirməyə hələ hazır deyil.

“Rəy Əl-Youm” elektron qəzeti bu ekspertlərə istinadən yazıb: “Quru əməliyyatı çoxlu sayda rejim əsgərinin öldürülməsinə və yaralanmasına səbəb olacaqdır və bu məsələ Hizbullahla baş verə biləcək hər hansı bir müharibəyə da aiddir. Hər halda sionist rejim məğlub olacaqdır.”

Bununla əlaqədar olaraq, Sionist Milli Təhlükəsizlik Araşdırma Mərkəzi Ron Tiranın bu barədə olan araşdırmasını dərc edib. Bu araşdırmada Tira rejimin hər hansı quru hərbi əməliyyatlarına qarşı olduğunu açıq şəkildə bəyan edib.

O, bu araşdırmasında yazır: “Hərbi əməliyyata başlamaq qərarı yalnız uzunmüddətli məqsədə çatmaq üçün qəbul edilməlidir ki, bu da öz növbəsində müharibənin strateji məqsədlərinə çatmaqda rol oynaya bilər.”

Tira həmçinin Təl-Əvivdəki yüksək səviyyəli mənbələrə istinad edərək vurğulayıb ki, sionistlərin bütün səylərinə baxmayaraq, Hizbullah bu gün çox təhlükəli hərbi gücə çevrilib. Bu güc bir çox NATO üzvü olan dövlətlərin gücündən daha böyükdür… Hizbullahın hərbi qabiliyyətləri günbəgün artır. Buna onların dəqiq raketləri, intiharçı pilotsuz təyyarələri və yer-hava raketləri şamildir.

Related posts

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir

Usamə Həmdan: Rəfəhə hücum müzakirələrin dayandırılması deməkdir