Quru sərhədlər bağlıdırsa, xarici nömrəli maşınlar ölkəyə necə keçir? – FOTOFAKT

Son vaxtlar ölkəmizdə xarici qeydiyyat nişanlı avtomobillərə tez-tez rast gəlmək olur. Adətən Rusiya, Ukrayna, Türkiyə və daha çox Gürcüstana aid nömrələrlə idarə edilən avtomobillər paytaxt küçələrində üstünlük təşkil edir.
Xatırladaq ki, Azərbaycan pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından quru sərhədlərini bağlayıb. Səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə həyata keçirilir.
Maraqlıdır, quru sərhədlər bağlı olduğu halda xarici qeydiyyat nişanlı avtomobillər şəhəri necə bürüyüb? Onlar ölkəyə necə buraxılır?
Məsələ ilə bağlı açıqlamasında Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov sorğumuzu belə cavablandırıb: “Gürcüstana aid nömrələrlə idarə edilən avtomobillər əsasən Gürcüstanda yaşayan azərbaycanlılardır. Hansı ki, onlar pandemiyadan öncə ölkəyə daxil olub, sərhədlər bağlanıb, sonradan geri qayıtmaları mümkün olmayıb. Pandemiya dövründə burada qalan avtomobillər var ki, hələ də ölkələrinə qayıda bilmirlər.. Bundan əlavə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi ilə ölkəyə giriş edən əcnəbi qeydiyyatlı avtomobillər də olur. Yəni onlar istisna hallarda aidiyyəti qurumdan rəsmi icazə alır və sərhəd keçid məntəqələrindən buraxılırlar”.






Related posts

Sürücüləri çaş-baş salan lövhə: “Elə bildim ki, işıqfordur, işləmir” – VIDEO

Bakıda iki yaşlı körpə xəstəxanada öldü – VİDEO

RƏZALƏT: Boğazına ip bağlayıb qayınanasının ayağından öpdürdükləri şəxsin atası danışdı – VİDEO