Quldur Avropa: Rus milyarderlərin dərisi soyulur!

QafqazTimes.com BBC-yə istinadən xəbər verir: Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Abramoviç Britaniyada təkrar hücumlara məruz qalıb. Onu korrupsiya, saxtakarlıq, fırıldaqçılıqda ittiham edirlər. Hələ 1995-ci ildə onun Sibnefti 250 mln dollara alması gündəmə gətirilir. Guya oliqarx Sibnefti fırıldaqçılıqla Rusiya hökumətinə 13 milyard dollara satmaqla varlanıb. Ötən həftə Abramoviçə Rusiya prezidenti ilə yaxın münasibətlərinə görə sanksiya tətbiq olunub. Onun aktivləri dondurulub, Çelsiyə sahib olmaq hüququndan məhrum edilib.

Dünyanın ən varlı şəxslərindən olan Roman Abramoviç yəhudi  əsilli Rusiya vətəndaşıdır. Abramoviç 2003-cü ildə Britaniyanın böhran yaşayan Çelsi futbol klubunu 140 mln funt sterlinqə alıb və UEFA pilləsinə qaldırıb. Abramoviçin İngiltərədəki kapitalı elə əvvəldən təqib olunub. Londonun hər dəfə Rusiya hökuməti ilə münasibəti soyuqlaşanda rusiyalı oliqarxlar hədəf olub.

Britaniya hökuməti ilə isti əlaqəsi olmayan xarici oliqarxlar heç vaxt özünü rahat hiss etməyib. İstismarçı, soyğunçu  imici ilə məşhur olan İngiltərədə bir ölkə ilə münasibət pozulursa, ilk hədəf həmin ölkədən olan oliqarxların, biznesmenlərin kapitalı olur. Britaniyada şəxsi əmlaka “hər şey kralındır” kimi diktator münasibəti var. Bu ölkədə bütün varlıların qovluğu var və hər zaman zərrəbin altındadırlar. Kapital üçün təhlükə onun oğurluqla, korrupsiya ilə toplanması deyil, Britaniya hökuməti ilə soyuq münasibətdir. Bu da azad Avropa!!

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı