Qüds Günü konfransında İslami Cihad hərəkatının nümayəndəsi: Sərdar Süleymani bizə qiyamət günü Qüds barədə sorğu-sual ediləcəyini söylədi

Qafqaztimes xəbər verir ki, cümə axşamı Beynəlxalq Qüds Günü ərəfəsində Fələstinin İran İslam Respublikasındakı səfirinin müavini Məhəmməd Mustafa Cuheyr, Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) İrandakı nümayəndəsi Xalid Qədumi, Fələstin İslami Cihad hərəkatının İrandakı nümayəndəsi Nasir Əbu Şərif və Yəmənin İran İslam Respublikasındakı səfiri İbrahim Məhəmməd Əl-Deyləmi kimi şəxsiyyətlərin iştirakı ilə Tehranın Fələstin meydanındakı İmam Sadiq (ə) məscidində “Qüdsün azadlığı yaxındır” adlı toplantı təşkil edilib.

İslami Cihad hərəkatının nümayəndəsi çıxışında bildirib: “Artıq bütün insanlar Fələstin məsələsinin yalnız siyasi, əxlaqi və ya insani bir məsələ olmadığını, bunun ilk növbədə iman və inanc məsələsi olduğunu dərk edirlər.”

O, sözünün davamında deyib: “Şəhid komandir Hacı Qasim Süleymani ilə son görüşümüzdə bizə belə dedi: “Qiyamət günü hamımızdan soruşulacaq məsələ budur ki, Qüds üçün nə etdiniz?” Əslində onun fikri bu idi ki, Qüds üçün edilən hər şey bir vəzifə və hamımız üçün zamanın vacibatıdır.

Həmas nümayəndəsi Xalid Qədumi da belə bir konfransın keçirilməsinə görə İran İslam Respublikasına öz təşəkkürünü bildirərək deyib: “İmam Xomeyni(r.ə) və Ayətullah Xamenei və digər dostlar, xüsusən Qüds şəhidi Sərdar Süleymani həmişə Qüds məsələsinin əhəmiyyətini bəyan etmiş və Beynəlxalq Qüds Gününün təsisi ilə onu diriltmişlər.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək