Qüds batalyonu sionist rejimin 4-cü dronunu məhv etdi

Qüds batalyonu bu gün (4 iyul) rəsmi olaraq Cenində sionist rejimə aid 4-cü kəşfiyyat dronunu məhv etdiyini elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Qüds batalyonunun Cenin qolu elan edib: Döyüşçülərimiz Allahın köməkliyi ilə işğalçı qüvvələrin düşərgə səmasında uçan pilotsuz kəşfiyyat aparatını vurmağa nail oldu. Bu hesabla sionistlərin 4-cü dronu vurulmuş hesab edilir.

Qeyd edək ki, bu, 2005-ci ildən sonra İordan çayının qərb sahilində dron ilə həyata keçirilən ilk sui-qəsd əməliyyatıdır. İordan çayının qərb sahilində anti-israil əməliyyatlarının artan tendensiyasını nəzərə alsaq, çox güman ki, bu tip dron əməliyyatı və Fələstin müqavimət qüvvələrinə qarşı sui-qəsd yenidən təkrarlanacaq. Bu, Fələstin müqavimət dəstələrindən sərt cavab tələb edən bir məsələdir və İsrail rejimi uyğun bir cavab almazsa, hər zaman bu rejim tərəfindən İordan çayının qərb sahilində komandirlərin və müqavimət qüvvələrinin ağır itkisinə səbəb ola bilər.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir