İnsan hüquqları pozuntusu ABŞ-ın daimi peşəsidir

2003-2021-ci illərdə İraqda müharibə və nizamsızlıqda 209 min mülki şəxs öldürülüb və 9,2 milyon iraqlı öz vətənini tərk etmək məcburiyyətində qalmasının səbəbi Amerikadır.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, 1945-2001-ci illər arası ortalama ildə 3.6 müharibə və silahlı toqquşma nəticəsində 5.8 milyon insan canını itirib.

Təsnimin yayımladığı statistikaya görə kimyəvi silahlardan sui-istifadə halları insanların anemiya, xərçəng xəstəliyinə səbəb olub və ətraf mühitə mənfi təsirlər göstərib. Bütün bunların səbəbi isə Amerika Birləşmiş Ştatlarıdır.

Statistikada həmçinin deyilir: Bütün bu halların səbəbi Amerika olsa da özü də amanda qalmayıb və digər ölkələrdə müharibə zamanı 300 min ABŞ hərbçisi həlak olub. Belə ki, İraq və Əfqanıstan müharibəsində iştirak edən ABŞ hərbçiləriin üçdə biri psixoloji xəstəliklərlə əlbəyaxadır.

Statistik xəbərin nəticəsi olaraq qeyd etmək olar ki, insan hüquqları iddiasında olan Amerikanın özü beynəlxalq qanunları pozmaq və bəşər hüquqlarını zidd siyasət yürütməyi özünə peşə seçərək soyuqqanlıqla xüsuslə Orta Şərq ölkələrində müharibə, insan qırğını, işkəncə, birtərəfli sanksiya, sistematik qanuna zidd getməklə qoçuluq etməyə davam edir.

Related posts

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi

İraq İslami Müqaviməti sionist rejim limanına hücum etdi