Qubernatorluğa namizədin çıxışı zamanı bıçaqlı şou – ANBAAN (Video izlə)

ABŞ-da respublikaçı konqresmen və Nyu-York qubernatorluğuna namizəd Li Zeldin şəhərdə çıxışı zamanı naməlum şəxs tərəfindən bıçaqla hücuma məruz qalıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Cinayətkar Zeldinə bıçaq zərbəsi vurmaq üçün yaxınlaşıb, lakin siyasətçi adamın biləyindən tutub, hər ikisi yıxılıb.

Bundan sonra hücum edən şəxs yaxınlıqdakı digər şəxslər tərəfindən zərərsizləşdirilib və konqresmen çıxışını tamamlaya bilib.

Zeldin həmin şəxsi nəzarətə götürdüyünü bildirib. Siyasətçi həm də hücum faktından istifadə edərək cinayətə qarşı sərt mübarizə ilə bağlı mövqeyini ortaya qoyub:

“Həmişə olduğu kimi, Nyu-Yorku yenidən təhlükəsiz etmək üçün əlimdən gələni etməyə qərarlıyam”.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO