Qroznıda namaz qılan polisi öldürülən şəxs güllələndi (Video izlə)

Çeçenistanın (Rusiya Federasiyası) Qroznı şəhərində bıçaqla silahlanmış şəxs namaz qılan yol polisi əməkdaşına hücum edərək onu öldürüb.

Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, hücum edən şəxs xidməti silahla hadisə yerindən qaçmaq istəyərkən güllələnib.

Çeçenistan rəhbəri əlavə edib ki, hazırda hücumçunun əlbir olduğu ehtimal edilən şəxslər və cinayətin motivləri müəyyənləşdirilir, həmçinin əməliyyat tədbirləri həyata keçirilir.

Related posts

300 il öncə batmış şəhər yenidən göründü – FOTO

Qrimm qardaşlarının yoxa çıxan 27 kitabı tapılıb – FOTO

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO