Qonşu ölkələrin sərhədində kilometrlərlə uzanan növbə: Azərbaycana da təsir göstərir (Video izlə) 

Türkiyə və Gürcüstan arasındakı Sarp sərhəd buraxılış məntəqəsində gözləyən yük maşınları uzun növbələr yaradıblar.

Türkiyə Ticarət Nazirliyinin mənbələri bildirirlər ki, Gürcüstan Rusiya və Belarusa gedən yük maşınlarını saxlayır. Bu səbəbdən yaranan uzun növbələr Azərbaycana gedən yük maşınlarına da təsir göstərir.

Yük maşınlarının yaratdığı 10 kilometrə qədər uzunluqda növbələrdə sürücülər də vəziyyətdən şikayətlənirlər.

Türkiyədən problemsiz şəkildə çıxan yük maşınları Gürcüstan tərəfdə saxlanılırlar. Bu səbəbdən də sərhədin Gürcüstan tərəfində sıxlıq yaranıb.

Related posts

Türkiyəli bərbər müştərilərinə havada xidmət göstərdi – VİDEO

Vulkanın kraterinə ildırım düşdü: Heyrətamiz görüntülər – ANBAAN VİDEO

Ağ Ev ərazisində insidet: Ölən var – FOTO/VİDEO